Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə sanksiyalar altında olan malların Rusiyaya tranzitini dayandırdı

Türkiyə sanksiyalar altında olan malların Rusiyaya tranzitini dayandırdı

Tarix: 11 Mart 2023 09:32

Qərbin sanksiyalar tətbiq etdiyi malların Türkiyə üzərindən Rusiyaya təkrar ixracının dayandırıldığı iddialarından sonra Rusiyanın Ankaradakı səfirliyi hərəkətə keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyi və Ticarət Nümayəndəliyi məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə əlaqə saxladıqlarını açıqlayıblar.

Bildirilib ki, sanksiya tətbiq edilən məhsulların Türkiyə ərazisindən tranzitində yaranan problemlərin həlli ilə bağlı danışıqlar aparılır. "Hazırda problemin səbəbinin müəyyənləşdirilməsi üçün Türkiyə rəsmiləri ilə əlaqə saxlayırıq. Ümid edirik ki, problem ən qısa zamanda həll olunacaq", - deyə səfirliyin bəyanatında bildirilib.

Digər tərəfdən "Business FM"in xəbərinə görə, Türkiyə gömrükçüləri söz verib ki, Rusiyaya tranzit keçən mallarla bağlı yaranan problemlər 3 gün ərzində həll ediləcək. Qeyd edilib ki, problem Avropa İttifaqının qəbul etdiyi 10-cu sanksiyalar paketi ilə bağlı bəzi texniki problemlərdən qaynaqlanır.

Milli.Az


Etiketlər:  Türkiyə sanksiyalar altında olan malların Rusiyaya tranzitini dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ