Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sonuncu diaqnoz həyatımı çətinləşdirir'' - Onu xilas etmək istəyənlərin NƏZƏRİNƏ... - FOTO

''Sonuncu diaqnoz həyatımı çətinləşdirir'' - Onu xilas etmək istəyənlərin NƏZƏRİNƏ... - FOTO

Tarix: 11 Mart 2023 14:54

Mən Məmmədəliyeva Nurlan Rəşid qızı artıq ilk əməliyyatımdan 5 il ötüb. 07.02.2023 tarixində son müayinəmə getdikdə onurğama yerləşdirilən implantların zədələnməsi nəticəsində onurğa sümüyündə qırılmalar yaranıb və mən ilfic olma təhlükəsi ilə qarşı-qarşıyayam. Həkim təcili olaraq əməliyyat olunmağımı bildirir. Lakin mənim əməliyyat xərclərini qarşılamağa maddi imkanım yoxdur. 

Uzun illər anamın xərçəng xəstəliyi ilə mübarizə aparmışam, amma təəssüf ki, onu həyatda saxlaya bilmədim. Ailənin tək övladıyam və hazırda heç kimim yoxdur. Bakıda kirayə qalıram. Aldığım əmək haqqım isə yalnız kirayə, dərman xərclərimi qarşılayır. Əməliyyat üçün isə 12 000 (on iki min) dollar vəsait lazımdır. Öz müalicəmlə və anamın müalicəsi ilə əlaqədar dəfələrlə banklardan kredit götürmüşəm və hələ də həmin kreditləri ödəməyə çalışıram. Hazırda banklara ümumilikdə 8000 kredit borcum olduğu üçün artıq əlavə məbləğ də götürə bilmirəm.

Əməliyyatım isə ən geci Aprel ayında olunmalıdır. Əməliyyatım təcili olduğu üçün müayinə günü artıq həkim onurğam üçün yeni implantları sifariş edib və ancaq mən ödənişi etdikdən sonra əməliyyat mümkün olacaq. Lakin öz gücümlə həmin vaxta kimi məbləği tapmağım imkansızdır. İllərdir, öz ayaqlarım üzərində durub təhsilimdə, işimdə irəliləməyə çalışmışam. Amma skalioz xəstəliyi və sonuncu qoyulan diaqnoz mənim həyatımı çətinləşdirir. Artıq ağrılar dözülməz şəkildə artıb. Hərəkət qabiliyyətimi get-gedə itirirəm. 

Həkim müayinəsindən bugünə qədər bir çox yerə müraciət etmişəm. Amma təəssüf ki, heç bir müsbət cavab yoxdur. Sizdən xahişim, yenidən mənim haqqımda bir məlumat paylaşasınız. Bir ümid, bəlkə yardım edilər. Xəstəliyimlə bağlı qeyd etdiyim bütün məlumatları müalicə aldığım Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalından və həkimim ortoped-vertebroloq Dr. Yusif Zeynalovdan təsdiq edə bilərsiniz. Həkimim nömrəsi: 0502300760


Etiketlər:  Sonuncu diaqnoz həyatımı çətinləşdirir xilas etmək istəyənlərin NƏZƏRİNƏ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ