Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2023 11:10
Xəbər verdiyimiz kimi, ölkəmizi bu il "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində Zaqatala bölgəsindən olan Tural və Turan Bağmanov qardaşları təmsil edəcək.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, gənc ifaçılar obyektiv qarşısına keçərək, yeni fotosessiya etdirib.
Onların obrazı üzərində isə peşəkar stilistlər Niko Lab və Fuad Çornıy çalışıb. Şəkillərin müəllifi isə Xalid Zeynalova məxsusdur.
Qeyd edək ki, "Avroviziya 2023" beynəlxalq mahnı yarışması bu il 9-13 may tarixlərində Ukraynanın adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.