Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Türkiyəyə dəstəyi davam etdirəcəyik

Prezident: Təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Türkiyəyə dəstəyi davam etdirəcəyik

Tarix: 14 Mart 2023 13:54

Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində yer alıb.

Məktubda qeyd olunur ki, ilk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcək. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, güclü və qüdrətli Türkiyə bu çətinliklərin də öhdəsindən mətinliklə gələcək.

Milli.Az


Etiketlər:  Prezident Təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Türkiyəyə dəstəyi davam etdirəcəyik


RƏYLƏR