Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarantino son filmini çəkir: Ssenari hazırdır - FOTO

Tarantino son filmini çəkir: Ssenari hazırdır - FOTO

Tarix: 16 Mart 2023 19:04

Hollivud rejissoru Kventin Tarantino yeni və ehtimal ki, son filminin ssenarisi üzərində işini başa çatdırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, ssenari "Kino tənqidçisi" ("The Movie Critic") adlanır və 1970-ci illərin sonunda Los-Ancelesdə baş verən hadisələr təsvir edilir.

Qeyd olunur ki, film amerikalı jurnalist və ən nüfuzlu kino tənqidçilərindən biri Polin Keylə həsr oluna bilər.

İnsayderlərin məlumatına görə, çəkilişlərə bu ilin payızında başlanması planlaşdırılır, lakin indiyədək Tarantino heç bir kinostudiya ilə müqavilə imzalamayıb.


Etiketlər:  Tarantino filmini çəkir Ssenari hazırdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ