Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2023 08:36
"Qarabağ"ın milli komandalara dəvət alan 10 futbolçusu "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacaq.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bunlar Luka Quqeşaşvili, Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.
Luka Gürcüstan millisinə, Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasına Avro-2024-ün seçmə mərhələ matçları üçün dəvət alıblar. Digər oyunçular isə Azərbaycan millisinə çağırılıblar.
Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.