Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General pusquya salındı və öldürüldü

General pusquya salındı və öldürüldü

Tarix: 21 Mart 2023 23:58

Pakistanın Xayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarəsinin zabiti, briqada generalı Mustafa Kamal Barki terrorçuların pusqusuna düşərək həyatını itirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçularla baş verən atışmada Barki və sürücüsü həyatını itirib, 7 hərbçi isə yaralanıb.

Hücumun hansı qruplaşma tərəfindən təşkil edildiyi açıqlanmasa da, bu kimi təxribatların "Pakistan Talibanı" tərəfindən planlaşdırıldığı ehtimal edilir.

Milli.Az


Etiketlər:  General pusquya salındı öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ