Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2023 07:39
Avropada yaşayan ermənilər AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç və Azərbaycan milli komandaları arasındakı qarşılaşmada təxribatlar törətməyə hazırlaşır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə İsveç mətbuatı xəbər yayıb.
Məlumatda qeyd olunur ki, "Artsax Azadlıq Təşkilatı" adlı qondarma birliyi idarə edən şəxslər "Facebook" və digər sosial şəbəkə platformaları üzərindən çağırışlar edirlər.
"Biz ən azı 100 nəfər olmalıyıq" şüarı ilə paylaşılan postlarda qeyd olunur ki, məqsəd oyundan əvvəl və matç zamanı stadionda siyasi etirazlar təşkil etmək, Azərbaycana qarşı müxtəlif siyasi şüarlar səsləndirmək olacaq.
Xatırladaq ki, futbol üzrə İsveç və Azərbaycan milli komandaları arasında görüş martın 27-də "Friends Arena"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.