Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 05:22
Türkiyənin superstarı Ajda Pekkanın Bahçeköydəki meşə ərazisində yerləşən lüks malikanəsi artıq üç ildir ki, satışa çıxarılıb.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sənətçi villasının satış qiymətini artırıb.
Onun bu addımı mediada sərt tənqid edilib. Ölkə sakinləri hesab edirlər ki, müğənni zəlzələ ajiotajından sui-istifadə edib.
75 yaşlı Pekkan sözügedən məsələ ilə bağlı qanuni addım atacağını açıqlayıb:
"Zəlzələdən "sui-sitifadə etmək" nə deməkdir? Bunlar doğru olmayan xəbərlərdir. 60 ildir ki, bu ölkəyə vergi ödəyirəm. Mən də zəlzələdən zərər çəkən vətəndaşlarımız üçün əlimdən gələni edirəm. Pul bağışladım... Mənim adıma böhtan atmaq üçün bu xəbərləri gündəmə gətirənlərə qarşı qanuni tədbir görəcəyəm".