Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 21:54
Hollandiyada bir kişi partnyorunun razılığı olmadan cinsi əlaqə zamanı prezervativi çıxardığına görə üç aylıq şərti cəza alıb.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, o, həm də ortağına min avro təzminat ödəməli olacaq,
"Şübhəli şəxs öz hərəkətləri ilə zərərçəkmişi onunla müdafiəsiz cinsi əlaqədə olmağa məcbur edib. Beləliklə, onun şəxsi azadlığını məhdudlaşdırıb və ona göstərdiyi etimaddan sui-istifadə edib", - məhkəmə qərara alıb.
Məhkəmə qərarı ilə rotterdamlı 28 yaşlı kişi üç aylıq şərti həbs cəzasına məhkum edilib və qurbanına 1000 avro təzminat ödəməyə məhkum edilib.
Xatırladaq ki, britaniyalılar cinsi əlaqədən əvvəl prezervativləri deşdiyinə görə həbsxanaya düşmüşdülər.