Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"SEPAH-ın Qüds qüvvələrini ciddi şəkildə hədəfə almalıyıq" - ABŞ Ordusunun Birləşmiş Qərargah rəisi - FOTO

Tarix: 30 Mart 2023 21:32

"SEPAH-ın Qüds qüvvələrini ciddi şəkildə hədəfə almalıyıq".

Milli.Az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bunu Amerika Ordusunun Birləşmiş Qərargah rəhbəri Mark Milley Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasında deyib.

O, daha sonra bildirib:

"Yaraqlıların ABŞ-ın İraq və Suriyadakı mövqelərinə hücumunun qarşısını almaq üçün, Birləşmiş Ştatlar SEPAH-ın Qüds Qüvvələrini güclü şəkildə hədəf almalıdır və bu, ABŞ-ın dəqiq planıdır".

ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri həmçinin bildirib ki, İran, Çin və Rusiya yaxınlaşır və bu yaxınlaşma uzun illər Amerika üçün problem yaradacaq.

Milli.Az


Etiketlər:  SEPAH ın Qüds qüvvələrini ciddi şəkildə hədəfə almalıyıq ABŞ Ordusunun Birləşmiş Qərargah rəisi FOTO


RƏYLƏR