Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2023 14:26
Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya səfəri zamanı ona qarşı hörmətsizlik edilib.
Sonxeber.net unikal.az-a istinadən xəbər verir ki, nazir rusiyalı həmkarı Sergey Lavrovun onu qarşılaması üçün Rusiya Xarici İşlər Nazirliyinin binasının qarşısında avtomobilində xeyli gözləyib. Lakin Lavrov onu qarşılamağa çıxmayıb.
Abdullahian XİN binasına daxil olduqdan sonra Lavrov ona "Görünür, siz maşından düşmək istəmirdiniz" deyə kameralar qarşısında müraciət edib. "Mən gözləyirdim" deyən nazirə rusiyalı həmkarı "Nə gözləyirdiniz?" deyə yenidən kinayə ilə ritorik sual verib.
Rusiyanın bu addımı İranda XİN rəhbərinin aşağılanması kimi qiymətləndirilib:
"Ruslar bir ölkənin mövqelərindən narazı olanda bunu kamera qarşısında davranışlarında göstərirlər. Yəqin ki, Rusiya İranın Ukrayna ilə bağlı mövqeyini dəyişdirdiyinə görə bu addımı atıb".
İranın XİN sözçüsü Nasir Kənani isə görüntüləri təhrif etməyə çalışıb:
"Təbii ki, nümayəndə heyətinin rəhbəri avtomobilin içərisində onu müşayiət edən digər əsas üzvləri gözləyirdi".