Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ana yaş yarımlıq körpəsini "zibiliyə" ATDI - FOTO

Ana yaş yarımlıq körpəsini

Tarix: 3 Aprel 2023 22:42

Türkiyənin Konya şəhərində Fatma G. adlı qadın yaş yarımlıq uşağını 2 həftə ərzində zibillə dolu evdə saxlayıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Manolya yaşayış binasında qeydə alınıb. Axşam saat 23:30-də bina sakinləri Fatma G.nın kirayə qaldığı evdən uşağın səsini eşidiblər. Sonra qonşular və ev sahibi boş olan mənzildən terrasa çıxıblar. 

Evə daxil olan bina sakinləri gördükləri mənzərə qarşısında şoka düşüblər. Asel adlı balaca uşaq halsız halda yataq otağında, hər tərəfin zibillə dolu olduğu yerdə tapılıb. 

Uşağa su və yemək verən qonşular dərhal polisi çağırıb və uşaq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. 

Polisin saxladığı Fatma G. ifadəsi alınaraq sərbəst buraxılıb. Amma davam edən istintaq müddəti əsasında onun törətdiyi əmələ görə 1 ilə qədər azadlıqdan məhrum olunması gözlənilir. 

Milli.Az


Etiketlər:  Ana yaş yarımlıq körpəsini zibiliyə ATDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ