Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 11:36
Bakı. Samir Əli - Trend:
Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib.
Trend-in məlumatına görə, hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib.
Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızının bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib. Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya çatdırılandan bir müddət sonra orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin