Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çəkiləndə deyirlər ki, geyimi də evdən gətir"

Tarix: 5 Aprel 2023 18:40

"Seriallara çəkiləndə seçib çəkilirəm. Çəkildiyim seriallar yaxşılardan olub. Hər şeyə çəkilməmişəm. Bu, təhsilin verdiyi hissiyatdır. Ssenari gələndə dostlarım deyib ki, xahiş edirik, maliyyə yoxdur, kömək et. Çəkilmişəm, ssenarini görəndə başa düşmüşəm ki, bundan iş olmaz".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova "Space səhər"ə qonaq olarkən deyib. Sənətçi türk seriallarının bəzisini tənqid edib. Z.Qurbanova bildirib ki, Azərbaycanda çəkilişlərdə geyimi belə aktyorun özündən tələb edirlər:

"Serial mövzusu qəribədir. Türkiyədə hər serial yaxşı deyil. "Kiralıq aşk" deyilən serial var idi. Ona baxanda yaradıcılığa nifrət edirdim. Maddiyat qoyulmuşdu, aktyor gündə bir geyim geyinirdi. Aktyora deyilmir ki, evindən paltar gətir. Aktyor işi sıfır, keyfiyyətsiz serial idi. Hərdən deyirəm ki, kaş onlara xərclənən maliyyə bizə edilərdi. İnanın, hərdən deyirlər ki, geyimi evdən gətirin". 

Milli.Az


Etiketlər:  Çəkiləndə deyirlər ki geyimi evdən gətir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ