Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2023 12:32
Tez-tez maraqlı hadisələrlə gündəmə gələn Hindistan bu dəfə bir qətllə dünya mətbuatında səs salıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, dəhşətli hadisəyə səbəb "sevgi" olub. İki gün əvvəl Hindistanın Çattisqarh bölgəsində baş verən hadisədə toy qana bulanıb. 33 yaşlı Sərcu Makam yeni cütlüyə toy hədiyyəsi olaraq partlayıcılarla dolu kinoteatr hədiyyə edib.
Bomba bəyin evində partlayıb. Bəyin və qardaşının həyatını itirdiyi hadisədə 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb.
Polislər hədiyyənin içindəki partlayıcının elektrik prizinə qoşulan kimi partladığını, partlayışın baş verdiyi otağın divarlarının və evin damının uçduğunu bildirib.