Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir köhnə mahnı rok stilində oxundu - ''Şəlaləm mənim'' - VİDEO

Daha bir köhnə mahnı rok stilində oxundu - ''Şəlaləm mənim'' - VİDEO

Tarix: 6 Aprel 2023 15:40

Sosial şəbəkələrdə maraqlı müzakirə başlayıb. "Dərviş" band qrupu Niyaməddin Musayevin "Dünya sənin dünya mənim" mahnısını rok stildə ifa edib şöhrət tapandan sonra köhnə mahnıları rok stiliylə canlandırmaq dəbi yayılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, növbəti dəfə müğənni İsrafil Məmmədovun 80-ci illərdə dəbdə olan "Şəlaləm mənim" mahnısı hədəf seçilib.

Mahnı canlı yayımda rok müğənnisi və İsrafil Məmmədovun dueti şəklində təqdim olunub.

Lakin tamaşaçılar bunu uğurlu duet kimi qəbul etməyiblər. Çünki səs və ifalar harmoniya  təşkil etməyib. "Şəlaləm mənim" mahnısı uzun müddət bayağı mahnı hesab edilərək, efirlərə buraxılmayıb. İzləyicilər isə "hə başlandı, indi deyin  görək, Niyaməddinin komandası udar, yoxsa İsrafilin" deyə məzəli şərhlər bildiriblər.

Milli.Az


Etiketlər:  Daha köhnə mahnı stilində oxundu Şəlaləm mənim VİDEO


RƏYLƏR