Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2023 18:34
Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, bu barədə reportaj hazırlayan AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədi ilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.
Görüntüləri sizə təqdim edirik: