Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 21:32
Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün keçirilən "Keşlə" - "Sabah" oyunundan sonra qalmaqal baş verib.
Qol.az-ın məlumatına görə, qonaq komandanın futbolçusu Təmkin Xəlilzadə matç bitən kimi görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum edib. Bu zaman millimizin üzvünü polislər meydandan çıxarıb. Bu hərəkətinə görə baş hakim T.Xəlilzadəyə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın 90+3-cü dəqiqədə "Sabah"ın futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.