Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salamatlıq üçün dua edən imamı bıçaqladılar - Qədr gecəsində - VİDEO

Salamatlıq üçün dua edən imamı bıçaqladılar - Qədr gecəsində - VİDEO

Tarix: 11 Aprel 2023 18:02

ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü səhər namazında dünyanın əmin-amanlığı və insaların salamatlığı üçün dua edərkən məscid imamı bıçaqla hücuma məruz qalıb.

Milli.Az xəbər verir ki, məscidin təhlükəsizlik kamerası görüntülərində üçüncü sırada olan Şerif Zorba adlı təcavüzkarın səcdə halında camaatın üstündən tullanaraq 65 yaşlı imama bıçaqla xəsarət yetirdiyi açıq şəkildə əksini tapıb.

Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən Zorba məscidin bayır qapısına qaçmaq üzrəykən camaat tərəfindən yaxalanıb və polisə təhvil verilib.

Məsciddən bir neçə dəqiqəlik məsafədə yerləşən Saint Joseph Xəstəxanasında müalicə alan İmam Əl-Nəkibin həyati təhlükəsinin olmadığı deyilib.

İfadəsində, İstanbuldan olduğunu bildirən və bu yaxınlarda ABŞ-a gəldiyi aydın olan şübhəlinin dünən Bergen İlçe Həbsxanasından türk tərcüməçinin müşayiəti ilə ilk məhkəmə iclasına qatıldığı və ittiham edildiyi bildirilib.

Mətbuat şərhində hadisənin təfərrüatlarına yer verən məscid rəhbərliyi Zorbanın hücumu niyə həyata keçirdiyini açıqlamasa da, mövzu ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.

Qeyd edək ki, hadisənin baş verdiyi gün - 9 aprel 2023-cü il tarixi müsəlman ölkələrində Ramazan ayının ilk Qədr gecəsi kimi qeyd olunurdu. (publika)

Milli.Az


Etiketlər:  Salamatlıq üçün dua edən imamı bıçaqladılar Qədr gecəsində VİDEO


RƏYLƏR