Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2023 07:36
Ukrayna Silahlı Qüvvələri yayda zəbt olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başlaya bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri və tərəfdaşları ona hücumda bağlı təzyiq göstərmirlər:
"İndi ən güclü təzyiq ölkə daxilindən hiss olunur. Bütün dostlarımız və tərəfdaşlarımız yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün buna 100%, hətta daha çox da hazır olmaq lazımdır".
Qeyd edək ki, daha öncə yayılan məlumatlarda Ukrayna ordusunun may ayına kimi hücuma keçəcəyi bildirilirdi.