Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2023 07:54
"Barselona"nın hücumçusu Robert Levandovski PSJ-nin futbolçusu Lionel Messi barədə açıqlama verib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Levandovski Messinin Kataloniya klubuna geri dönməsini çox istədiyini və onunla oynamaq marağında olduğunu deyib.
O bildirib ki, Messi həmişə "Barselona"ya aid olub:
"Bura onun evidir. Növbəti mövsümdə "Barselona"da onunla birlikdə oynamağı ümid edirəm".
Qeyd edək ki, yerli mətbuatda Lionel Messinin "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.