Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhəddə hərbi ssenariyə imkan verilməməlidir - Batrinça

Sərhəddə hərbi ssenariyə imkan verilməməlidir - Batrinça

Tarix: 12 Aprel 2023 12:30

Ölkə hökuməti Ukrayna ilə sərhəddə hərbi ssenarilərin qarşısını almaq üçün səy göstərməlidir, çünki bu, digər məsələlərlə yanaşı Dnestryanıya da təsir edə bilər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Moldova parlamentinin vitse-spikeri Vlad Batrinça deyib.

"Biz Ukrayna ilə sərhəddə heç bir hərbi ssenariyə imkan verməməliyik, ilk növbədə ona görə ki, bizdə Ukrayna ilə sərhəddə yerləşən Moldovanın bir hissəsi olan Dnestryanı bölgə var. Dnestryanı seqment çox vacibdir, lakin biz başa düşməliyik ki, bu, Moldovanın daxili problemidir və onu Kişinyov və Tiraspol əhalisi öz maraqları və vətəndaşların xeyrinə həll etməlidir", - Batrinça bildirib.

O vurğulayıb ki, münaqişəni alovlandırmaq çox asandır, lakin onun nəticələrini yumşaltmaq çətindir. Ona görə də Moldova hökuməti çox diqqətli hərəkət etməlidir.


Etiketlər:  Sərhəddə hərbi ssenariyə imkan verilməməlidir Batrinça


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ