Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın saxladığı əsgərimiz: bu cür döyüblər - FOTO

Ermənistanın saxladığı əsgərimiz: bu cür döyüblər - FOTO

Tarix: 13 Aprel 2023 14:42

Ermənistanın bu gün saxladığını bildirdiyi əsgərimizin fotosu yayılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, erməni Teleqram kanallarının paylaşdığı fotoda əsgərimizin fiziki təcavüzə məruz qaldığı görünür.

Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı.

Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Ermənistanın saxladığı əsgərimiz cür döyüblər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ