Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 17:08
“Səbail”in yarımmüdafiəçisi Emil Martinov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la qarşılaşacaqları oyun barədə fikirlərini bildirib.
Qol.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında Ağdam təmsilçisi ilə görüşə hazır olacaqlarını deyən bolqarıstanlı futbolçu zədəli qapıçı Aleksandr Rıbkanı Elxan Əhmədovun layiqincə əvəzləyəcəyinə inandığını bilidirib:
"Rıbkanın zədələnməsi komandamız üçün böyük bir itkidir, ancaq hamımız Elxan Əhmədova inanırıq. O, bacarıqlı, sakit və özünə inamlıdır. “Qarabağ”la oyuna hazır olacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Səbail” matçı mayın 5-də keçiriləcək.