Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda COVID-19-a yoluxanların sayı AÇIQLANDI: ölənlər var - FOTO

Azərbaycanda COVID-19-a yoluxanların sayı AÇIQLANDI: ölənlər var - FOTO

Tarix: 13 Aprel 2023 23:08

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 88 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 619 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 927 nəfər müalicə olunaraq sağalıb, 10 202 nəfər vəfat edib, aktiv xəstə sayı 490 nəfərdir.

Ölkədə son sutka ərzində 1 298, hazırkı dövrədək isə 7 573 test aparılıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda COVID 19 a yoluxanların sayı AÇIQLANDI ölənlər var FOTO


RƏYLƏR