Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hepimiz erməniyiz” deyənlər, baxın və dillənin – Barın

“Hepimiz erməniyiz” deyənlər, baxın və dillənin – Barın

Tarix: 13 Aprel 2023 23:00

Bir neçə gün öncə qatı duman səbəbindən, yolu azaraq, Ermənistan tərəfə keçən əsgərlərimizdən biri - Hüseyn Axundovun ermənilər tərəfindən dəhşətli işgəncələrə məruz qalması barədə yayılan görüntülərlə bağlı Türkiyədə fəaliyyət göstərən Zəngəzur Özgürlük Hərəkatı bəyanat yayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hərəkat rəhbəri Həsən Barının adından yayılan bəyanatda bildirilir:

"Yaralı olaraq əsir düşən erməni əsgərlərini əsgərlərimiz müalicə etdiyi halda; cəbhədə, əsgərlərimizdən qaçmağa yer axtaran ermənilərin cəbhədə göstərə bilmədikləri "qəhrəmanlığı" əsir düşən, əlləri arxadan bağlı, yarı bayğın yerdə yatan əsgərimizin sifətinə təpik ataraq xainlik göstərmələrini;

Etdiklərini gözəl bir şeymiş kimi, videoya şəkib, yayaraq, psixoloji hərb metodu olaraq, bizlərə qarşı istifadə etmələrini - insanlıq adına iyrənərək şiddətlə qınayıram.

Özəlliklə "Hepimiz ermeniyiz" deyən ermənisevənləri də bu qınamaya qoşulmağa dəvət edirəm!"

Milli.Az


Etiketlər:  Hepimiz erməniyiz deyənlər baxın dillənin Barın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ