Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 09:56
"Twitter" mətn mesajının həcmini kəskin şəkildə artırıb və şrift formatını tətbiq edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin özündən xəbər verilib.
"Biz "Twitter"də yazı və oxu təcrübəsini təkmilləşdiririk! Bu gündən etibarən "Twitter" mətni qalın və ya kursivlə formalaşdırmaq imkanı ilə 10 000 simvol uzunluğuna qədər mesajları dəstəkləyir.
Qeyd olunub ki, mətnin formalaşdırılması imkanları "Twitter Blue" abunəçilərində görünür.
Bundan əvvəl mətn mesajının həcmi 280 simvoldan 4000 simvola qədər artırılmışdı.