Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO)

Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO)

Tarix: 20 Oktyabr 2019 23:12

Bakı. Trend:

Qadın sablyaçılarımız Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, sablyaçılarımızdan Anna Başta turnirin qalibi adını qazanıb. Qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran Anna 1/16 finalda tunisli Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. Başta 1/8 finalda Özbəkistan təmsilçisi Paolo Pliegoya da eyni hesabla (15:11) qalib gəlib.Anna 1/4 finalda, qrup mərhələsini 3 qələbə ilə başa vuraraq 1/16-də Sevinc İsmayılovanı (Özbəkistan) 15:12, 1/8 finalda isə Alexandra Romero Benitezi (Venesuela) 15:11 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb.

Sablyaçılarımızın duelinin Annanın 15:12 hesablı qələbəsi ilə başa çatıb. Anna yarımfinalda Türkiyə idmançısı Nisanur Erbil üzərində 15:5 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib. Həlledici görüşdə Kanada sablyaçısı Qabriella Peycə 15:9 hesablı ilə qalib gələn Anna Başta turnirin qızıl medalını qazanıb.

Digər sablyaçılarımızdan qrup mərhələsini 5 qələbə ilə başa vuran Sevil Bünyatova 1/16 finalda türkiyəli rəqibi Busra Nura 15:7 hesabı ilə qalib gəlsə də,1/8-də özbəkistanlı Yana Obvintsevaya 9:15 hesabı ilə uduzub. Qrupu 3 qələbə ilə bitirən Valeriya Bolşakova isə 1/16 finalda sinqapurlu Colie Li Kar Yini 15:8 hesabı ilə məğlub etsə də,1/8 finalda Türkiyə təmsilçisi İrina Şçukla bacarmayıb - 10:15. Qrupda keçirdiyi görüşlərdə yalnız 1 qələbəsi olan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO) Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO) Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO) Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO) Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO) Anna Başta “Satellite” turnirində qızıl medal qazandı (FOTO)


Etiketlər:  Anna Başta Satellite turnirində qızıl medal qazandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ