Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 16:14
"Mançester Siti"nin futbolçusu Erlinq Haaland süd içməyin onu daha da gücləndirdiyini düşünür.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşıb. Norveçli forvard əlində süd butulkası olduğu şəklini izləyiciləri ilə bölüşərək yazıb: "Mən və sehrli eleksirim".
Qeyd edək ki, Haaland ötən ilin yayından "şəhərlilər"in formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 39 matçda 45 qol vurub və 6 qolun ötürməsini verib.