Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Röya: ''Üç mərtəbəli villamın həyətində restoranım var'' - VİDEO

Xalq artisti Röya: ''Üç mərtəbəli villamın həyətində restoranım var'' - VİDEO

Tarix: 16 Aprel 2023 10:35

Xalq artisti Röya Ayxan yaşadığı evinin içərisində restoranının olması barədə açıqlama verib. 

Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi bu barədə "MTV maqazin" verilişinə müsahibəsində deyib. 

Mərdəkan ərazisində üç mərtəbəli lüks villada yaşayan estrada ulduzu bildirib ki, orada birinci mərtəbədə şəxsi restoranı var:

"Formada qalmağımın səbəbi hər gün qaldığım evdə üç mərtəbə düşürəm aşağı. Orada isə restoranım var və mən də ora hər gün gözəl geyinib gedirəm. Ora gələn qonaqlar deyirlər ki, "Biz idman ayaqqabısı geyinib, gəlmişik. Biz harasa gedirik?".

Cavab verirəm ki, "Xeyr! Mən ona görə bəzənmişəm ki,  restorana gəlmişəm. Hər gün heç yerə gedə bilmirəm. Öz restoranıma gedirəm. Elə bilirəm ki, restorana gəlmişəm (gülür)". 


Etiketlər:  Xalq artisti Röya Üç mərtəbəli villamın həyətində restoranım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ