Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev və Mehriban Əliyeva İrəvanda uğur qazanan türkiyəli idmançıları təbrik ediblər

İlham Əliyev və Mehriban Əliyeva İrəvanda uğur qazanan türkiyəli idmançıları təbrik ediblər

Tarix: 16 Aprel 2023 13:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə idmançıları - İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bektaşa və gümüş medal sahibi Qamze Altuna təbrik məktubu göndəriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım qardaş ölkənin idmançılarını Avropa çempionatında qızıl və gümüş medallar qazanmaları münasibətilə səmimi-qəlbdən təbrik ediblər.

"Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırdırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür. Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik", - deyə təbrik məktubunda bildirilib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Mehriban Əliyeva İrəvanda uğur qazanan türkiyəli idmançıları təbrik ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ