Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General-polkovnik 58 yaşında niyə pensiyaya göndərildi?

General-polkovnik 58 yaşında niyə pensiyaya göndərildi?

Tarix: 17 Aprel 2023 12:10

Xəbər verdiyimiz kimi, bu gün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov vəzifədən azad edilib və onun yerinə Mürsəl İbrahimov təyin edilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib.

1986-1989-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət edib.

1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlib.

2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb.

2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini - Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə "general-mayor" ali hərbi rütbəsi alıb.

2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi olub.

2010-cu ilin 17 mart tarixində "II dərəcəli dövlət miqrasiya xidməti müşaviri" ali xüsusi rütbəsi verilib.

13 fevral 2012-ci il tarixdən bugünə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi uişləyib.

2012-ci ildə "general-leytenant", 2021-ci ildə "general-polkovnik" hərbi rütbəsi alıb.

Hazırda 58 yaşı olan general-polkovnik Arzu Rəhimov vəzifədən azad edildikdən sonra yeni təyinat almayıb. Onun vaxtından əvvəl ehtiyata buraxılıb-buraxılmayacağı bəlli deyil.

Milli.Az


Etiketlər:  General polkovnik 58 yaşında niyə pensiyaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ