Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 09:52
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Qol.az xəbər verir ki, öz meydanında "Levante"ni qəbul edən Əndəlüs təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
"Sevilya" – "Levante" - 1:0
Qol: De Yonq, 86.
Qeyd edək ki, "Sevilya" 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı lider "Barselona"dan 3 xal ayırır.