Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2023 14:38
Ukrayna ordusu tamamilə Qərbin silah və maliyyə dəstəyindən asılıdır, onlarsız məğlubiyyətə uğrayacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.
"Ukrayna ordusu tamamilə Avropa və ABŞ silahlarının təchizatından asılıdır. Ukraynanın özünün mərmi, patron, atıcı silah istehsalı yoxdur. Yeri gəlmişkən, ukraynalı əsgərlərin maaşları da ABŞ büdcəsindən ödənilir. Belə bir ordu ancaq xarici təchizatdan asılı ola bilər. Logistika və təchizat yollarını bağlasanız, Ukrayna ordusu qeyd-şərtsiz məğlubiyyətə düçar olacaq", - Azarov bildirib.