Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 11:50
Aparıcı Lalə Azərtaş övladı ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı qızı Solmazın ad günü olduğunu vurğulayıb. O, qızlarının ona qoyduğu qadağadan da bəhs edib:
"Bu gün həyatıma qızılı hərflərlə yazılan gündür. Anamın adını daşıyan gülün dünyaya gəldiyi gündür. Böyüyüblər, paylaşıma icazə vermirlər. Sadəcə, səni dilədiyim həyatı yaşayan görüm, Solmazım, deyirəm".
Qeyd edək ki, L.Azərtaşın iki qız övladı var.