Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BQXK əməkdaşları Ermənistanda əsir saxlanılan iki hərbçimizə baş çəkiblər

BQXK əməkdaşları Ermənistanda əsir saxlanılan iki hərbçimizə baş çəkiblər

Tarix: 19 Aprel 2023 12:57

Bu gün, 19 aprel tarixində BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına Yerevanda baş çəkmişlər. Onlarla təkbətək görüş keçirilmiş və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilmişdir.

Bu barədə Milli.Az-a BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Mandatına görə, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.

Milli.Az


Etiketlər:  BQXK əməkdaşları Ermənistanda əsir saxlanılan iki hərbçimizə baş çəkiblər


RƏYLƏR