Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan əhalisi 9 ayda 42 milyard manatdan çox gəlir əldə edib

Azərbaycan əhalisi 9 ayda 42 milyard manatdan çox gəlir əldə edib

Tarix: 21 Oktyabr 2019 11:12

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz artaraq 42 milyard 202,7 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 4266,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 milyard 720,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb.

2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 589,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3073,7 manat, qeyri neft-qaz sektorunda 532,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 484,4 manat, özəl müəssisələrdə isə 724,6 manat olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan əhalisi ayda milyard manatdan çox gəlir əldə edib


RƏYLƏR