Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gənclər və idman naziri ADPU-nun Quba filialında tələbələrlə görüşüb - FOTO

Gənclər və idman naziri ADPU-nun Quba filialında tələbələrlə görüşüb - FOTO

Tarix: 20 Aprel 2023 10:20

Aprelin 19-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbə-gənclərlə görüşüb.

Əvvəlcə gənclər və idman naziri filialın idman meydançasında tələbələrin futbol yarışını izləyib, sonra Universitetin auditoriyasında ingilis dili dərsinə qonaq olub, tələbələrlə söhbət edib.

Ali təhsil ocağının akt zalında keçirilən görüşdə gəncləri dinləyən nazir onların fəaliyyətləri, uğurları, təklif və arzuları ilə maraqlanıb, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Sonda çıxış edən filialın direktoru, fizika elmləri doktoru Yusif Alıyev dəvəti qəbul edib tələbələrlə görüşə gəldiyi üçün kollektiv adından nazir Fərid Qayıbova minnətdarlığını bildirib.

Milli.Az


Etiketlər:  Gənclər idman naziri ADPU nun Quba filialında tələbələrlə görüşüb FOTO


RƏYLƏR