Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycandan keçən İranın yük avtomobilində 500 kiloqram heroin aşkarlandı - FOTO

Azərbaycandan keçən İranın yük avtomobilində 500 kiloqram heroin aşkarlandı - FOTO

Tarix: 22 Aprel 2023 13:56

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Milli.Az-a verilən məlumata görə, "Culfa" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Niderland Krallığına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycandan keçən İranın yük avtomobilində 500 kiloqram heroin aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ