Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kilian Mbappe Fransa çempionatında əsrin rekordunu təkrarlayıb

Kilian Mbappe Fransa çempionatında əsrin rekordunu təkrarlayıb

Tarix: 22 Aprel 2023 17:40

PSJ klubunun futbolçusu Kilian Mbappe Fransa çempionatında XXI əsrin rekordunu təkrarlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna "Anje"yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda dubl etməklə nail olub.

Forvard turnirdə 214 qolda (157 qol, 57 məhsuldar ötürmə) yaxından iştirak edərək Dmitri Payetə çatıb.

2005/2006 mövsümündə Liqa 1-də debüt edən və hazırda "Marsel"in uğurları üçün çalışan Payet "Nant", "Sent-Etyen" və "Lill"in də formasını geyinib. O, çempionatda ümumilikdə 489 matçda meydanda olub.

Daha əvvəl "Monako"da çıxış edən Mbappe bu nailiyyəti 210 oyun və 8 mövsümə təkrarlamağı bacarıb.

Milli.Az


Etiketlər:  Kilian Mbappe Fransa çempionatında əsrin rekordunu təkrarlayıb


RƏYLƏR