Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi ərəblərin bu təklifi qarşısında "əridi" - "Barselona" geri çəkildi

Messi ərəblərin bu təklifi qarşısında

Tarix: 23 Aprel 2023 12:14

PSJ-nin superulduzu Lionel Messi "Barselona"ya qayıtmaqla bağlı qərarını qətiləşdirməyib.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, bu iddia tanınmış insayder Rudi Qalettiyə məxsusdur.

Xəbərə görə, "Loryan"la matçdan sonra argentinalı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təmsilçiləri ilə görüşəcək. Mənbə ərəblərin 35 yaşlı oyunçuya futbol tarixində görünməmiş məbləğdə maaş - illik 400 milyon avro əməkhaqqı ödəməyə hazır olduğunu və Messinin bu təklif qarşısında "əridiyini" vurğulayıb.

Qeyd edək ki, Leonun PSJ ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.

Milli.Az


Etiketlər:  Messi ərəblərin bu təklifi qarşısında əridi Barselona geri çəkildi


RƏYLƏR