Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2023 19:00
"Networking Azerbaijan" iş adamları klubu sahibkarlar və idarəçilər üçün "Kitchen Plus" restoranında iftar süfrəsi təşkil etmişdir.
İslam aləminin müqəddəs bayramı olan Ramazan bayramı həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. "Networking Azerbaijan", iş adamları klubu olaraq müqəddəs Ramazan ayında ikinci dəfə sahibkarları iftar süfrəsi ətrafında toplamışdır. Bu münasibətlə təşkil olunan gecədə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak etmişdir.
Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilmişlər. "Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu müqəddəs Ramazan ayının bayram gecəsi də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edə bilmişdir.
Uca Allah tutulan bütün orucları və duaları qəbul eləsin!