Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göygöl və Qubada qanunsuz kömür quyuları aşkarlanıb foto

Göygöl və Qubada qanunsuz kömür quyuları aşkarlanıb foto

Tarix: 24 Aprel 2023 18:32

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 2 kömür quyusu aşkar olunub.

Milli.Az-ın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayonu, Toğanalı kənd sakini Adil Bayramov və Quba rayonu, Xanagah kənd sakini Rəşid Seyfullayev olduğu müəyyən edilib:

"Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub".

Milli.Az


Etiketlər:  Göygöl Qubada qanunsuz kömür quyuları aşkarlanıb foto


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ