Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamança ifaçısına borclu qalan Elza: “İnsanlıqdan xəbəri yoxdur” - VİDEO

Kamança ifaçısına borclu qalan Elza: “İnsanlıqdan xəbəri yoxdur” - VİDEO

Tarix: 27 Aprel 2023 12:00

Xəbər verdiyimiz kimi, kamança ifaçısı Elnur Salahov martın 28-də konsert proqramı ilə çıxış edən Əməkdar artist Elza Seyidcahandan şikayət edib. Elnur iddia edib ki, müğənni ona konsertindən borclu qalıb. 

Milli.Az bizim.media-ya istiandən xəbər verir ki, sözügedən qalmaqallı olaya həftələr sonra Elza qonaq olduğu "Həyat tərzi" verilişində aydınlıq gətirib. 

Əməkdar artisti bildirib ki, o, kamança ifaçısının pulunu ödəyib: 

"Konsertdən sonra borca düşdüm. Borclarımı ödəməyə çalışıram. Elə dostlarım var ki, onlar məndən təmənna güdməyiblər. Çünki özümdə eləyəm. Amma bir balaca istedadı olanlar var ki, insanlıqdan xəbərləri belə yoxdur. Onlar qanmaz insanlardır. Deyirlər ki, bunun mənə fərqi yoxdur. Birinin də üstünə beşin qoyub, bizdən istifadə edirlər. Bu layihələrim tarixidir. Yəni layihələrimdə kim iştirak edirsə, düşür tarixə. Çünki orada təsadüfü mövzulara toxunmuram.

Musiqiçilərin çoxu deyirlər ki, sizinlə belə bir tarixi layihədə iştirak etməkdən fəxr edirik. Amma bəzi insanlar var ki, onlar sənət fədailəri deyillər, sənətin nə olduğunu başa düşmürlər. Bu dəfə də səbrsiz insanlar oldu. Onların özləri layihəmdə olmaqları üçün can atmışdılar. Mən də gənc musiqiçinin qəlbinə dəyməmək üçün, iştirakını qəbul etmişdim. Sonradan görürəm ki, sənətkar musiqiçilər çəkiliblər kənara ki, birdən onlara ödəniş edərəm. Bu isə gəlib məndən ödənişi nə zaman edəcəyimi soruşur. Deyir ki, utanırdım deməyə....Cavab verirəm ki, utanırdınsa, demə, vacib deyil ki... Heç demə bunu". 

Milli.Az


Etiketlər:  Kamança ifaçısına borclu qalan Elza İnsanlıqdan xəbəri yoxdur VİDEO


RƏYLƏR