Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın altı yaşlı uşağı öldürərək cəsədini vedrədə gəzdirdi

Qadın altı yaşlı uşağı öldürərək cəsədini vedrədə gəzdirdi

Tarix: 29 Aprel 2023 11:12

ABŞ-da dəhşətli cinayət baş verib. Belə ki, qadın sevgilisinin altı yaşlı qızını öldürüb, cəsədini də vedrədə gəzdirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Luiziana ştatının Cefferson qraflığında baş verib.

Məlumata görə, uşağın atası həmin səhər qızı və məşuqəsinin evdə olmadığını aşkar edib. O, narahat olub və polisə məlumat verib.

Uşağın meyiti bir neçə məhəllə aralıda yaşayan bioloji anasının evinin düz qarşısında plastik vedrədə tapılıb.

Sonradan müşahidə kameralarında kişinin sevgilisi Hanna Landonun sakit vəziyyətdə təkərli ağ vedrəni sürüdüyünü əks etdirən görüntülər yayılıb.

Qadın həbs edilib.

Şübhəlinin vedrəni sevgilisinin keçmiş arvadının evinə gətirməsinin səbəbi məlum deyil.


Etiketlər:  Qadın altı yaşlı uşağı öldürərək cəsədini vedrədə gəzdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ