Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxoş “Boris Conson” Niderlandda Ukrayna sürücülük vəsiqəsi ilə saxlanılıb

Sərxoş “Boris Conson” Niderlandda Ukrayna sürücülük vəsiqəsi ilə saxlanılıb

Tarix: 2 May 2023 09:16

Niderlandın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun adına verilmiş saxta Ukrayna sürücülük vəsiqəsinə malik sərxoş sürücü həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sadə yoxlama üçün sürücünü saxlasalar da, kişinin sərxoş vəziyyətdə olduğunu anlayıblar.

Avtomobilə baxış zamanı saxta sürücülük vəsiqəsi aşkar edilib. Sənəddə Britaniyanın keçmiş baş nazirinin fotosu, həmçinin Consonun əsl adı və doğum tarixi qeyd olunub. Sənədin müddəti 3000-ci ildə başa çatır.

Bildirilir ki, sürücü cərimələnib, saxta vəsiqə isə polis tərəfindən müsadirə edilib.

Milli.Az


Etiketlər:  Sərxoş Boris Conson Niderlandda Ukrayna sürücülük vəsiqəsi ilə saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ