Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilarə Əliyeva “SOY” prodakşnın rəhbəri oldu

Dilarə Əliyeva “SOY” prodakşnın rəhbəri oldu

Tarix: 3 May 2023 15:25

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra "SOY" prodakşnın rəhbərinin kim olacağı müzakirə edilirdi.

Milli.Az olay-a istinadən xəbər verir ki, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır.

O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.

Qeyd edək ki, "SOY" prodakşn indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə "Yeni ulduz", "Xalq ulduzu" kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.

Milli.Az


Etiketlər:  Dilarə Əliyeva prodakşnın rəhbəri oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ