Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskidən Kremlə hücumla bağlı ilk açıqlama

Zelenskidən Kremlə hücumla bağlı ilk açıqlama

Tarix: 3 May 2023 20:50

Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dövləti silahdan öz ərazisini qorumaq üçün istifadə edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında söyləyib.

"Mən bu mesajı təkrarlaya bilərəm, düşünürəm ki, bu, hamıya aydın olacaq: biz nə Putinə, nə də Moskvaya hücum etmirik", - deyə Zelenski vurğulayıb.

V.Zelenski bildirib ki, Ukrayna öz ərazisini, kənd və şəhərlərini qoruyur. Eyni zamanda, Ukraynanın, hətta bu ehtiyaclar üçün kifayət qədər silahı yoxdur.

Xatırladaq ki, bu gün Rusiyada Ukraynanın dronların köməyi ilə Kremlə hücum edildiyinə dair ittihamlar səsləndirilib.

Milli.Az


Etiketlər:  Zelenskidən Kremlə hücumla bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ