Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Martda Türkiyədə Pakistan kapitalı ilə 30-dan çox şirkət qeydiyyata alınıb

Martda Türkiyədə Pakistan kapitalı ilə 30-dan çox şirkət qeydiyyata alınıb

Tarix: 4 May 2023 10:46

2023-ci ilin mart ayında Türkiyədə Pakistan kapitalı ilə 36 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 şirkət azdır.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Pakistan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapıtalı da azalıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Pakistan şirkətlərinin məcmu kapitalı 10,3 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 19,3 milyon türk lirəsi təşkil edib"- deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Pakistan şirkətlərinin əksəriyyəti İstanbulda (36) qeydiyyata alınıb.

"İstanbulda qeydiyatdan keçən Pakistan şirkətlərinin ümumi kapitalı 9,7 milyon türk lirəsi təşkil edib" - deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin mart ayında Türkiyədə Pakistan kapitalı ilə 22 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Milli.Az


Etiketlər:  Martda Türkiyədə Pakistan kapitalı ilə 30 dan çox şirkət qeydiyyata alınıb


RƏYLƏR